Haqqımızda
1998-ci ildən qida sənayesində: öz istehsalımız, idxal-distribusiya və ixrac.
Tarixçəmiz
Dondurma istehsalı zavodu təsis olundu.
İlk dəfə yerli dondurma qablaşdırılmağa başlandı; ilk brend istehsala verildi.
Aparıcı Avropa istehsalçılarından avadanlıq alınmağa və müasir texnologiyalar tətbiq olunmağa başlandı.
Şirkət 10 illiyini Avropa standartlarına cavab verən istehsal sahələri ilə qeyd etdi.
Beynəlxalq bazara çıxış — Gürcüstana dondurma ixrac edən ilk Azərbaycan şirkəti olundu.
Kimyəvi–mikrobioloji laboratoriya yaradıldı və AZS İSO/İEC 17025 standartı üzrə akkreditasiya olundu.
Qida məhsullarının təhlükəsizliyi menecment sistemi tətbiq olundu (İSO 22000).
Genişmiqyaslı ixracla ölkənin aparıcı dondurma ixracatçılarından birinə çevrildi.
İşçilərin sayı 500-ü keçdi; Asiya və Afrika istiqamətində yeni ixrac bazarları açıldı.
Məhsul çeşidi 100-ü keçdi; yeni çeşidlər istehsala verildi.
Rəqəmsal transformasiya mərhələsi başladı: korporativ və istehlakçı platformalarının ayrılması, tərəfdaş müraciətlərinin rəqəmsallaşdırılması və daxili proseslərin vahid sistemə keçirilməsi.
Məqsəd
Şirkətin dinamik inkişafını təmin etmək. Qida sənayesində qazandığımız etibarı və yüksək reputasiyanı qorumaq.
Missiya
İstehlakçılara beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli məhsullar təqdim etmək. Azərbaycan istehsalı olan məhsulları dünya bazarına çıxarmaq. İnkişaf meyarımız müştəri məmnuniyyətidir.
Dəyərlər
Peşəkarlıq
İşimizdə ən yüksək məsuliyyət və etibarlılıq səviyyəsini saxlayırıq.
Keyfiyyət
Məhsul keyfiyyəti bizim üçün güzəştə gedilməyən meyardır.
Zəmanət
Məhsullarımızın qida təhlükəsizliyinə zəmanət veririk.
Bizimlə əməkdaşlıq
Distribusiya, private label, xammal təchizatı və ya ixrac istiqamətində əməkdaşlıq üçün əlaqə saxlayın.
Əlaqə saxla