Prodexpo 2026 — Moskva
Expocentre, Rusiya
09–12.02.2026
Camal LTD Rusiya və Şərqi Avropanın ən iri qida sərgisi olan Prodexpo 2026-da iştirak etdi. Moskvadakı «Expocentre» sərgi kompleksində keçirilən 33-cü beynəlxalq sərgi 35-dən çox ölkədən 2 700-dən artıq iştirakçını və 65 000-dən çox peşəkar ziyarətçini bir araya gətirdi.
Sərgi çərçivəsində fəaliyyət göstərən ixtisaslaşmış Dondurma Salonu (Ice Cream Salon) bölməsi sektor üzrə qlobal trendləri izləmək baxımından xüsusi əhəmiyyət daşıyır.
Nümayəndələrimiz beynəlxalq tərəfdaşlar, təchizatçılar və xammal istehsalçıları ilə görüşlər keçirdi, dondurma və qənnadı sənayesindəki son yenilikləri yaxından tanıdı, Rusiya və MDB bazarlarındakı ixrac mövqelərini möhkəmləndirmək istiqamətində müzakirələr apardı.
Bizimlə görüşmək istəyirsiniz?
Növbəti sərgilərdə görüş təyin etmək və ya əməkdaşlıq üçün əlaqə saxlayın.